Beyləqanda süpürgəçini maşın vuraraq öldürübbackend

Beyləqanda süpürgəçini maşın vuraraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beyləqanda süpürgəçini maşın vuraraq öldürüb.

İnterpress.az xəbər verir ki, hadisə Beyləqan rayon mərkəzində qeydə alınıb.

Belə ki, 1992-ci ilə təvəllüdlü Rəşad Şükürov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yol kənarını təmizləyən rayon sakini, 1968-ci il təvəllüdlü Həsənova Solmaz Təhməz qızını vurub. Nəticədə S.Həsənova aldığı xəsarətdən hadisə yerində həyatını itirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır./APA