İngiltərədə Birmingemin yeni meri ingiliscə and içə bilməyib.
İnterpress.az xəbər verir ki, bu barədə Böyük Britaniya mediası məlumat yayıb.
İngiltərənin Birmingem şəhərində keçirilən bələdiyyə başçısı təqdimat mərasimi maraqlı və bir o qədər də müzakirə yaradan anlarla yadda qalıb.
Şəhərin yeni seçilmiş meri, əslən pakistanlı olan Zaker Çodri andiçmə mərasimi zamanı ciddi çətinliklə üzləşib.
Yeni mer çıxışı zamanı əlindəki kağızdan oxumağa çalışsa da, sözləri bir-birinə bağlamaqda çətinlik çəkib və ingilis dilində andı oxuya bilməyib.
Andiçmə mərasiminin davamında isə dini xadim səhnəyə çıxaraq müsəlman duaları oxuyub.
Sosial şəbəkələrdə geniş yayılan bu görüntülər yerli sakinlər və ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.

Xuraman Etibarlı
İnterpress.az






