Niderlandda arxeoloq d’Artanyanın qalıqlarını hakimiyyətə təhvil verməkdən imtina etdiyi üçün saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “De Telegraaf” məlumat yayıb.
Niderlandda arxeoloq Deykman hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Buna səbəb onun məşhur ədəbi qəhrəman d’Artanyana aid olduğu iddia edilən qalıqları dövlətə təhvil verməkdən imtina etməsi olub.
Prokurorluqdan bildirilib ki, saxlanılma “arxeoloji qazıntıların aparılmasının qanuniliyinin yoxlanılması” ilə əlaqədardır.
Deykmanın özü isə jurnalistlərə açıqlamasında qeyd edib ki, qalıqların yerini açıqladıqdan sonra o, dərhal azadlığa buraxılıb.
İndi mütəxəssislər tapılan qalıqların həqiqətən də d’Artanyana aid olub-olmadığını müəyyən etmək üçün ekspertiza aparacaqlar.
Xatırladaq ki, muşketyor d’Artagnanın olduğu ehtimal edilən qalıqlar Hollandiyada aşkar edilib.
17-ci əsrdə vəfat edən məşhur muşketyorun skeleti, ehtimal ki, fevral ayında Maastrixtdəki bir kilsədə, əvvəllər zadəganların dəfn edilməsi üçün ayrılmış yerdə tapılıb.
Sinə boşluğunda da muşket topu parçaları tapılıb və cəsədin yaxınlığında bir fransız sikkəsi tapılıb.
Qalıqların şəxsiyyətini təsdiqləmək üçün DNT nümunəsi götürülüb.

Xuraman Etibarlı
İnterpress.az






