Dağıstanda üç polis əməkdaşı hərbi əməliyyat iştirakçısının ölümünə görə məhkum edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Dağıstanın ictimai xadimi Şamil Xadulayev bildirib..
Dağıstanda “SVO” iştirakçısının polis bölməsində ölümü ilə bağlı cinayət işi üzrə hökm oxunub.
Məhkəmənin qərarı ilə üç polis əməkdaşının hər biri ümumi rejimli cəzaçəkmə müəssisəsində 6 il müddətinə azadlıqdan məhrum edilib.
İş üzrə dördüncü şübhəlinin isə hərbi əməliyyatlara qatıldığı və ötən ilin yayında həlak olduğu bildirilir.
Hadisə ictimaiyyətdə geniş rezonans doğurub və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı ciddi müzakirələrə səbəb olub.
Xuraman Etibarlı
İnterpress.az






