İtaliyada turizm QALMAQALI: Amalfi sakinləri kruiz gəmilərinə ETİRAZ EDİRbackend

İtaliyada turizm QALMAQALI: Amalfi sakinləri kruiz gəmilərinə ETİRAZ EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amalfi sahillərinin sakinləri kruiz gəmilərindən turistlərin sahilə enməsinin qadağan olunmasını tələb edir.

İnterpress.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

İtaliyanın məşhur Amalfi sahillərində yaşayan sakinlər bölgəyə gələn kruiz gəmilərindəki turistlərin axınından ciddi narahatlıq keçirirlər.

Prayano da daxil olmaqla regionun kiçik şəhərlərində turistlərin pik vaxtlarında dar küçələr tamamilə dolur və yerli hakimiyyət orqanları sahilin bu qədər çox insanı qəbul edə bilmədiyini bəyan edir.

“Grand Hotel Tritone” otelinin sahibi və siyasətçi Salvatore Qalyano bildirib ki, regionda sərt tədbirlərə ehtiyac var:

“Bizə elə bir qayda lazımdır ki, kruiz gəmilərinin sərnişinlərinə sahildə gəzintiyə çıxmağı qadağan etsin”.

Onun sözlərinə görə, belə turistlər regionda cəmi bir neçə saat qalır, ucuz suvenirlər alırlar və demək olar ki, yerli iqtisadiyyata xeyir vermirlər. Üstəlik, onların kütləvi axını mehmanxanalarda qalan digər turistləri də narahat edir.

Kruiz sənayesi isə bu qadağaya qarşı çıxır. Beynəlxalq Kruiz Xətləri Assosiasiyası bildirir ki, bu sektor İtaliya iqtisadiyyatına illik 7,3 milyard avro (təxminən 13,5 milyard manat) gəlir gətirir və 100 mindən çox iş yeri təmin edir.

Mövzu ətrafında yerli əhali və turizm sektoru nümayəndələri arasında müzakirələr davam edir, gələcəkdə hansısa kompromis qərarın veriləcəyi gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az