Parisin ən hündür binasına dırmaşmağa çalışan şəxs SAXLANILDIbackend

Parisin ən hündür binasına dırmaşmağa çalışan şəxs SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada bir nəfər Parisin ən hündür binasına təhlükəsizlik kəməri olmadan dırmaşmağa cəhd edib.

İnterpress.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Fransa polisi Parisin ən hündür tikililərindən biri olan Monparnas qülləsinə dırmaşmağa çalışan bir nəfəri saxlayıb.

Həmin şəxs heç bir təhlükəsizlik kəməri və avadanlıqdan istifadə etmədən binanın fasadına çılpaq əllərlə dırmaşmağa başlayıb.

Hadisənin təfərrüatları ilə bağlı geniş məlumat verilməsə də, saxlanılan şəxsin qüllənin nə qədər hündürlüyünə çata bildiyi açıqlanmayıb.

Hüquq-mühafizə orqanları tərəfindən dərhal müdaxilə edilərək onun təhlükəsizliyi təmin olunub və o, saxlanılıb.

Monparnas qülləsi yüksəkliyi səbəbindən tez-tez ekstremalların və alpinistlərin diqqət mərkəzində olur, lakin bu cür hərəkətlər qanunla qadağandır və ciddi cəzalar nəzərdə tutur.

Xuraman Etibarlı

İnterpress.az