NATO müttəfiqləri Finlandiyada TOPLAŞIR: Rusiyanın sərhədində HƏRBİ TƏLİMLƏRbackend

NATO müttəfiqləri Finlandiyada TOPLAŞIR: Rusiyanın sərhədində HƏRBİ TƏLİMLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya Rusiya sərhədləri yaxınlığında ABŞ və Almaniyanın iştirakı ilə irimiqyaslı hərbi təlimlər keçirəcək.

İnterpress.az xəbər verir ki, bu barədə Finlandiya Hərbi Dəniz Qüvvələri (Merivoimat) məlumat yayıb.

“Narrow Waters 26-1” adı verilən hərbi təlimlər mayın 20-dən 27-dək Finlandiyanın cənub sahillərində və Finlandiya körfəzində keçiriləcək.

Təlimlərdə ABŞ dəniz piyadaları və Almaniya ordusunun bölmələri də daxil olmaqla, ümumilikdə 3 minə yaxın hərbçinin iştirakı planlaşdırılır.

Manevrlər zamanı vertolyotlar, qırıcı təyyarələr, dəniz və hava pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunacaq, eləcə də yeni növ dronların sınaqları keçiriləcək.

Təlimlərin keçirildiyi ərazinin Rusiya sərhədlərinə yaxın olması regionda təhlükəsizlik sahəsindəki gərginliyi daha da diqqət mərkəzinə gətirir.

Xuraman Etibarlı

İnterpress.az