“Radio Caroline” səhvən Kral III Çarlzın ÖLÜM XƏBƏRİNİ YAYDIbackend

“Radio Caroline” səhvən Kral III Çarlzın ÖLÜM XƏBƏRİNİ YAYDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyanın “Radio Caroline” stansiyası səhvən Kral III Çarlzın vəfat etdiyini elan edib.

İnterpress.az xəbər verir ki, bu barədə “The Independent” qəzeti məlumat yayıb.

Böyük Britaniyanın məşhur “Radio Caroline” radiostansiyası efirdə ciddi yanlışlığa yol verərək Kral III Çarlzın vəfatı barədə xəbər yayıb.

Həqiqəti əks etdirməyən bu xəbərdən dərhal sonra radio stansiyası 15 dəqiqə müddətinə yayımını dayandırıb.

Efirə qayıdan aparıcılar baş verən hadisəyə görə dinləyicilərdən üzr istəyiblər. Onlar kralın ölümü ilə bağlı bəyanatın “kompüter səhvi” nəticəsində efirə getdiyini açıqlayıblar.

Hadisə Britaniya mediasında və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub, radio stansiyanın bu səhvi tənqidlə qarşılanıb.

Xuraman Etibarlı

İnterpress.az