Britaniyada 11 min illik KƏŞF: “Ən qədim sakin” AŞKARLANDIbackend

Britaniyada 11 min illik KƏŞF: “Ən qədim sakin” AŞKARLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyada 11 min il əvvələ aid ən qədim insan qalıqları aşkar edilib.

İnterpress.az xəbər verir ki, bu barədə alimlər məlumat yayıb.

Böyük Britaniya ərazisində arxeoloqlar tərəfindən ən qədim insan qalıqları tapılıb.

“Hininq-Vud-Boun-Keyv” mağarasında aşkar edilən qalıqların buz dövründən dərhal sonra yaşamış üç yaşlı qız uşağına məxsus olduğu müəyyən edilib.

Bu, tarixdən əvvəlki dövrə aid uşağın cinsini və yaşını bu qədər dəqiq müəyyən etməyə imkan verən ilk hadisədir. Tapıntının 11 min il əvvələ aid olduğu bildirilir.

Qız uşağı tapıldığı yerin yaxınlığındakı kəndin şərəfinə “Ossik Lass” adlandırılıb. DNT analizi uşağın ölüm zamanı yaşının iki il yarım ilə üç il yarım arasında olduğunu göstərib.

Mağarada müxtəlif dövrlərə aid azı səkkiz dəfn yeri aşkar edilib ki, bunların ən yenisi tunc dövrünə aiddir.

Alimlər bu məkanı Şimal-Qərb Avropada daş dövrünün üçüncü ən qədim məzarlığı hesab edirlər.

Qalıqların yanında muncuqlar və deşikli maral dişi kimi bəzək əşyaları da tapılıb.

Tədqiqatçıların fikrincə, bu mağara qədim ovçu-yığıcılar üçün “ruhlar aləminə giriş” rolunu oynayırdı.

Aşkar edilmiş tapıntılar Böyük Britaniyanın qədim tarixinin öyrənilməsində mühüm mərhələ hesab edilir.

Xuraman Etibarlı

İnterpress.az