Kılıçdaroğlunun şəkli CIRILDI: CHP-nin İstanbuldakı qərargahında ŞOK ANLAR – VİDEObackend

Kılıçdaroğlunun şəkli CIRILDI: CHP-nin İstanbuldakı qərargahında ŞOK ANLAR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kılıçdaroğlunun fotosu CHP-nin İstanbul vilayət qərargahında “Xain Kamal” şüarları ilə müşayiət olunaraq cırılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbuldakı ilçe (rayon) təşkilatlarından birində gərgin anlar yaşanıb.

Partiyanın sədrliyinə bərpa edilmiş Kamal Kılıçdaroğlunun binada asılan portreti etirazçılar tərəfindən cırılaraq yararsız hala salınıb.

Hadisə zamanı təşkilat binasına toplaşan qrup “Xain Kamal” şüarları səsləndirib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə portretin parçalandığı və etirazçıların kəskin mövqe sərgilədiyi müşahidə olunur.

Bu insident CHP daxilində və partiya tərəfdarları arasında fikir ayrılıqlarının daha da dərinləşdiyini göstərir.

Xatırladaq ki, Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələri ləğv edilib.

2023-cü ildə keçirilən seçkilərdən sonra sədr təyin edilən Özgür Özel kənarlaşdırılıb.

Ankara Məhkəməsinin çıxardığı qərar ilə Kamal Kılıçdaroğlu və komandası partiya liderliyinə qayıdacaq.

Xuraman Etibarlı

İnterpress.az