Britaniya XİN Türkiyənin bir sıra regionlarına səyahətlə bağlı xəbərdarlıq edib.
İnterpress.az xəbər verir ki, bu barədə Britaniya mediası məlumat yayıb.
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi vətəndaşları üçün yenilənmiş səyahət tövsiyələrini dərc edib.
Nazirlik Türkiyənin bəzi regionlarında təhlükəsizlik risklərinin artması ilə bağlı xəbərdarlıq edib.
Məlumata görə, Suriya ilə sərhəddən 10 kilometr məsafədə yerləşən ərazilərə səyahət etmək tövsiyə olunmur.
Buna səbəb kimi bölgədə davam edən hərbi əməliyyatlar və yüksək terror təhdidi göstərilir.
Bundan əlavə, nazirlik İstanbuldakı cari vəziyyətə də xüsusi diqqət yetirib.
Belə ki, bu gün şəhərdə UEFA Avropa Liqasının final matçının keçirilməsi gözlənilir və bu səbəbdən kütləvi tədbirlərin keçirildiyi ərazilərdə ehtiyatlı olmaq tövsiyə edilir.
Rəsmi London vətəndaşlarını yerli hakimiyyət orqanlarının təhlükəsizlik təlimatlarına ciddi riayət etməyə çağırıb.
Xuraman Etibarlı
İnterpress.az






