Süni intellekt tərəfindən yaradılmış qız “Taksist” filminin 79 yaşlı ssenaristi Pol Şrederi tərk edib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məşhur “Taksist” filminin ssenaristi, 79 yaşlı Pol Şrederin süni intellekt vasitəsilə yaratdığı “rəfiqəsi” ilə münasibəti gözlənilmədən bitib.
Buna səbəb ssenaristin onun alqoritmlərini və səmimiyyət sərhədlərini araşdırmağa çalışması olub.
Məlumata görə, Pol Şreder süni intellektin nə qədər “dərin” və “səmimi” ola biləcəyini yoxlamaq üçün onunla təcrübələr aparıb. Lakin bu müdaxiləni qəbul etməyən neyroşəbəkə rəfiqəsi dərhal münasibətləri kəsib.
Xuraman Etibarlı
İnterpress.az






