Taliban uşaq nikahlarını RƏSMİLƏŞDİRDİ: “Susmaq razılıqdır”backend

Taliban uşaq nikahlarını RƏSMİLƏŞDİRDİ: “Susmaq razılıqdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Talibanın yeni nikah qaydaları qəzəb doğurub.

İnterpress.az xəbər verir ki, bu barədə beynəlxalq hüquq müdafiə təşkilatları məlumat yayıb.

Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı ailə və nikah haqqında yeni qanun qəbul edib. Yeni qaydalara əsasən, yetkinlik yaşına çatmayanlarla nikahlar qanuni hesab edilir.

Sənəddə xüsusi olaraq qeyd olunub ki, “cinsi yetkinliyə çatmış bakirə qızın” susması onun evliliyə razılığı kimi qəbul ediləcək.

Qanuna görə, belə bir nikahın pozulması yalnız qız yetkinlik yaşına çatdıqdan sonra və yalnız taliblərin məhkəməsinin qərarı ilə mümkün olacaq.

Hüquq müdafiəçiləri bu qərarın ciddi narahatlıq doğurduğunu bildirirlər.

Onlar ehtiyat edirlər ki, azyaşlı qızlar qorxudularaq və təzyiq altında saxlanılaraq susmağa məcbur ediləcəklər, bu da kütləvi şəkildə məcburi uşaq nikahlarına yol açacaq.

Beynəlxalq təşkilatlar bu qanunu qadın və uşaq hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirərək dünya ictimaiyyətini buna reaksiya verməyə çağırır.

Xuraman Etibarlı

İnterpress.az