Zukerberq şirkətində KÜTLƏVİ İXTİSAR: 8 min nəfər İŞSİZ QALDIbackend

Zukerberq şirkətində KÜTLƏVİ İXTİSAR: 8 min nəfər İŞSİZ QALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zukerberq 8 min işçini işdən çıxarıb, 7 min nəfəri isə süni intellekt üzrə işə yönəldib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Mark Zukerberqin rəhbərlik etdiyi şirkətdə kütləvi ixtisarlar və struktur dəyişikliyi həyata keçirilib.

İşdən çıxarılan 8000 əməkdaşa ixtisar günündə evdə qalmaları tapşırılıb, işdən çıxarılma barədə bildirişlər isə səhər saat 04:00-da göndərilməyə başlanılıb.

Şirkətdə saxlanılan 7000 nəfər isə süni intellektin inkişafı sahəsinə yönəldilib.

İxtisarlardan sonra işdə qalan əməkdaşlara yeni daxili “total nəzarət” sisteminin tətbiqi barədə məlumat verilib.

Bu sistem işçilərin siçan hərəkətlərini, klaviatura düymələrinin basılmasını izləyəcək və ekran görüntülərini (screenshot) çəkəcək.

Şirkət rəhbərliyi bunu süni intellekt alqoritmlərini öyrətmək üçün zəruri addım kimi qiymətləndirib.

Şirkətin hesablamalarına görə, öz əməkdaşlarının fəaliyyəti xarici podratçılara nisbətən İİ-nin təlimi üçün daha dəyərli məlumat mənbəyidir.

Şirkətdə tətbiq edilən bu total nəzarət sistemi işçilərin şəxsi həyatı və məxfilik hüquqları ilə bağlı ciddi mübahisələrə səbəb olub.

Xuraman Etibarlı

İnterpress.az