Birobicanda bir nəfər polislərə atəş açaraq qaçmağa cəhd edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Birobican şəhərində gərgin anlar yaşanıb. Naməlum şəxs idarə etdiyi yolsuzluq avtomobilində barrikada quraraq gizlənib.
Polis əməkdaşları onu saxlamağa çalışarkən həmin şəxs hüquq-mühafizə orqanı əməkdaşlarına atəş açıb.
Hadisə yerinə dərhal çoxsaylı polis və xüsusi təyinatlı qruplar cəlb olunub.
Uzun sürən gərginlikdən sonra təqsirləndirilən şəxs tərksilah edilərək saxlanılıb.
Xuraman Etibarlı
İnterpress.az






