Bişkekdə vətəndaşlar arasında baş verən qarşıdurmadan sonra Qırğızıstan və Pakistanın xarici işlər nazirləri arasında görüş keçirilib.
İnterpress.az xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin internet saytı məlumat yayıb.
Qırğızıstanın hakimiyyət orqanları respublikada əcnəbi tələbələrin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görüb. Bunu Bişkekdə xarici işlər naziri Kulubayev pakistanlı həmkarı Dar ilə görüşdə deyib.
O qeyd edib ki, əcnəbilərin iştirakı ilə baş vermiş insidentin bütün halları ilə bağlı hərtərəfli araşdırma aparılır və təqsirkarlar qanun çərçivəsində maksimum dərəcədə cəzalandırılacaqlar.
Xatırladaq ki, mayın 18-nə keçən gecə Bişkekdə yerli sakinlərlə Pakistan və Hindistandan olan tələbələr arasında kütləvi toqquşma baş verib.
Münaqişəyə səbəb mayın 14-də paytaxtın rayonlarından birində əcnəbi tələbələrlə yerli sakinlər arasında baş verən dava olub.
Xuraman Etibarlı
İnterpress.az