“Biz bir şərtlə istefaya gedirik, Paşinyan baş nazir səlahiyyətlərini icra etməsin” – Erməni deputatbackend

“Biz bir şərtlə istefaya gedirik, Paşinyan baş nazir səlahiyyətlərini icra etməsin” – Erməni deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müxalifət növbədənkənar seçki keçirmək üçün istefa verəcək, lakin Paşinyan baş nazir səlahiyyətlərini icra etməməlidir”.

İnterpress.az xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryan parlamentin keçirdiyi brifinqdə deyib.

Parlamentdə spiker Alen Simonyanın müxalifətə ünvanladığı “Əgər bizim növbədənkənar seçkilərə getməyimizi istəyirsinizsə, mandatlarınızı təhvil verin” bəyanatı müzakirə olunur.

Artur Xaçatryan isə deyib ki, biz istefaya gedək, lakin şərt şərt olmalıdır.

“Çox yaxşı, amma bir şərt olmalıdır: Nikol Paşinyan baş nazir səlahiyyətlərini icra etməməli və seçkilərdə səsləri təmin etmək üçün bütün inzibati resurslardan istifadə etməməlidir”, – deyə o bildirib.

Xuraman Etibarlı

İnterpress.az