Çeçenistan əsilli AŞPA nümayəndəsinin şok bəyanatı yayılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Çeçenistan əsilli, AŞPA nümayəndəsi və “Qafqaz Xalqları Assambleyası” terror təşkilatının* rəhbəri Ruslan Kutayev Rusiyanın paytaxtı Moskvaya qarşı silahlı üsyan planları ilə bağlı təxribatçı bəyanatlarla çıxış edib.
O, gənc qafqazlıları Kremli zəiflətməyə və silahlı qiyam üçün hazırlıq görməyə çağırıb.
Kutayev iddia edib ki, bu “üsyanın” əsas dayağı paytaxtda yaşayan 3,5-4 milyon nəfərə yaxın özbək, tacik, qırğız, azərbaycanlı və Qafqaz mənşəli müsəlmanlar olmalıdır.
O, bu kütlənin “lazım gələrsə, baş kəsib, barrikadalar qura biləcəyini” vurğulayaraq deyib:
“Biz çoxuq! Biz güclüyük, idman zallarında məşq edirik və anı gözləyirik”.
Radikal islamçıların planına əsasən, ələ keçiriləcək Moskvadan bütün Rusiyanı idarə etmək nəzərdə tutulur.
Kutayev əlavə edib ki, Rusiyada “Amerika və Britaniya sionistlərinin” nümayəndələri hakimiyyətə gələ bilməyəcəklər, çünki Moskva və Sankt-Peterburqda əsas güc silahlı müsəlmanlar olacaq.
Qeyd edək ki, “Qafqaz Xalqları Assambleyası” Rusiyada terror təşkilatı kimi tanınır və fəaliyyəti qadağan olunub.
Xuraman Etibarlı
İnterpress.az






