Blinken: ABŞ zəlzələ ilə əlaqədar Türkiyəyə 150 xilasedici göndəribbackend

Blinken: ABŞ zəlzələ ilə əlaqədar Türkiyəyə 150 xilasedici göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ zəlzələnin nəticələrini aradan qaldırmaq üçün Türkiyəyə 150-dən çox xilasedici göndərib.

APA-nın məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Entoni Blinke deyib.

“İndiyədək Türkiyəyə 150 nəfərlik axtarış-xilasetmə heyəti göndərmişik. Ən əlçatmaz ərazilərdə təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün Türkiyəyə kömək edən Amerika helikopterləri var. Biz Türkiyə hökuməti ilə sıx əlaqə saxlayırıq”, – Blinken bildirib.