Blinkenlə Çavuşoğlu arasında telefon danışığı olubbackend

Blinkenlə Çavuşoğlu arasında telefon danışığı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Entoni Blinkenlə türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə ABŞ rəsmisi tviter hesabında yazıb.

“Türkiyə xarici işlər naziri ilə bu gün dağıdıcı zəlzələlər haqqında mühüm telefon danışığı oldu. Türkiyə və Suriyaya yardım üçün əlimizdən gələn hər şeyi etmək üçün fəaliyyətimizi Türkiyə ilə koordinasiya edəcəyik”, – Blinken sosial şəbəkə hesabında yazıb.