BMT: Dünyada humanitar yardıma ehtiyacı olan insanların sayı 360 milyona çatıbbackend

BMT: Dünyada humanitar yardıma ehtiyacı olan insanların sayı 360 milyona çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş bildirib ki, dünyada humanitar yardıma ehtiyacı olan insanların sayı ötən illə müqayisədə 30 faiz artaraq 360 milyon nəfərə çatıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məcburi köçkünlərin sayının 110 milyona çatdığını qeyd edən Quterreş 260 milyon insanın ciddi qida çatışmazlığı və aclıqla üzləşdiyini vurğulayıb.

Bunun əsas səbəbinin həll edilməmiş münaqişələr və yeni başlayan müharibələr olduğunu bildirən Quterreş deyib: “COVID-19 dövründə başlayan və Rusiyanın Ukraynaya hücumu ilə daha da ağırlaşan qlobal iqtisadi problemlər ən həssas təbəqəni vurdu”.

“Dünyada humanitar yardıma ehtiyacı olan insanların sayı keçən illə müqayisədə 30 faiz artaraq 360 milyon nəfərə çatıb”, – Quterreş bildirib.