“BMT-nin 4 qətnaməsi bu mövqeyi dəstəkləyir” – Bundestaqın sözçüsübackend

“BMT-nin 4 qətnaməsi bu mövqeyi dəstəkləyir” – Bundestaqın sözçüsü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Bundestaqının Xarici işlər komitəsinin üzvü, hakim Xristian/Demokrat-Xristian Sosialist İttifaqı (CDU/CSU) fraksiyasının xarici siyasət üzrə sözçüsü Yürqen Hart Azərbaycan və Ermənistanı Dağlıq Qarabağda gedən döyüşləri təcili dayandırmağa çağırıb.  İnterpress.az xəbər verir ki, bəyanat verən Hart 30 ildə baş verən qarşıdurmalarda minlərlə insanın həlak olmasından danışıb.

O bildirib ki, davamlı həll yalnız danışıqlar masasında əldə edilə bilər. Bunun üçün vasitələr də var. 1992-ci ildə müharibənin başlanmasından bəri ATƏT-in Minsk Qrupu münaqişənin həllinə çalışır:

“Almaniya həm Ermənistan, həm də Azərbaycan üçün etibarlı tərəfdaş olmaq istəyir. Beynəlxalq hüquqa söykənən ümumi standartlar əsasında anlaşma Cənubi Qafqaz ölkələri ilə münasibətlər üçün şərtdir. Buraya fundamental prinsiplər kimi dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxulmazlığı da aiddir. BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi (822, 853, 874, 884) bu mövqeyi dəstəkləyir. Hər iki tərəfi Cənubi Qafqazda sülh, demokratiya və sabitliyin gücləndirilməsi üçün razılaşdırılmış həlli tapmağa çağırırıq”.
İnterpress.az