BMT-nin Baş katibi Türk Evini ziyarət edəcəkbackend

BMT-nin Baş katibi Türk Evini ziyarət edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin Baş katibi Antoniu Quttereş Türkiyənin Nyu-Yorkdakı Baş konsulluğunun yerləşdiyi Türk Evini ziyarət edəcək.

“Report”un ABŞ bürosununun BMT-dəki mənbələrdə əldə etdiyi məlumata görə, Baş katib Türkiyənin Nyu-Yorkdakı Baş konsulu Reyhan Özgürlə görüşəcək və matəm kitabına ürək sözlərini yazacaq.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanlar nəticəsində 9 057 nəfər ölüb, 52 979 nəfər yaralanıb. Dağıdıcı zəlzələ Türkiyənin 10 şəhərində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.