BMT: “Ukraynada azı 249 mülki şəxs həlak olub”backend

BMT: “Ukraynada azı 249 mülki şəxs həlak olub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 24-dən bugünədək Ukraynada azı 249 mülki şəxs həlak olub, 553 nəfər yaralanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb.

“2022-ci il fevralın 24-dən martın 2-si gecə yarısına qədər Ukraynadakı ofisimiz ölkədə 802 mülki qurban qeydə alıb: 249 nəfər həlak olub, 553 nəfər yaralanıb”, – məlumatda deyilir.