Bölgədə işğal hazırlığı: Türkiyədən kömək istədilər – “Ümidimiz sizədir”backend

Bölgədə işğal hazırlığı: Türkiyədən kömək istədilər – “Ümidimiz sizədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqda artan siyasi böhranı fürsətə çevirməyə çalışan peşmərgə qüvvələri 2017-ci ildə qovulduqları Kərkükdə qisas hazırlığına başlayıb.

o dövrdə bölgədən qovulan militaristlərin mülki şəxslər adı altında yenidən bölgəyə sızdığını açıqlayan İraq Türkmən Cəbhəsinin sözçüsü Məhmət Səman Kərkükdə təhlükəli durumun yarandığını bildirib.

“Pəncə Əli, Şorca, Rəhimava, Şoravda onlarla sığınacaqları var. Barıtxanada peşmərgə ilə yanaşı PKK-nın məkanları mövcuddur. Qəndildən saxta kimliklərlə Kərkükə gələrək həmin yerlərdə görüşlər keçirirlər”, – Səman deyib.

O, kürd ünsürlərin Bağdadda artan siyasi qeyri-müəyyənlikdən istifadə edərək Kərkük üçün plan hazırladıqlarını açıqlayıb.

İraq Türkmən Cəbhəsinin İcraiyyə Komitəsinin üzvü Hicran Qazançı isə bildirib ki, peşmərgə tərəfindən silahlı təlim verilən 10 min yaraqlı küçə qarşıdurmaları üçün hazır vəziyyətdə saxlanılır.

O, kürdlərin “Ərəblərin oyanışı” adıyla Kərkükdə xaosa hazırlaşdıqlarına diqqət çəkib: “Türkmənlər belə bir vəziyyətdə müdafiəsiz qalacaqlar, yeganə ümidimiz Türkiyədir. Yaraqlılara aid sığınacaqlarla yanaşı, orada çox sayda gizli silah anbarları və arsenalları da var”.