Boliviyada mikroavtobus dərəyə yuvarlanıb: 6 nəfər ölüb, 7 nəfər yaralanıbbackend

Boliviyada mikroavtobus dərəyə yuvarlanıb: 6 nəfər ölüb, 7 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Amerikanın Boliviya ölkəsində mikroavtobus dərəyə yuvarlanıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Qəza nəticəsində 6 nəfər ölüb, 7 nəfər yaralanıb. Mikroavtobus La Pazın Koroiko qəsəbəsindəki Los Yunqas şossesində təxminən 200 metrdən dərəyə yuvarlanıb.

Qəzada 6 nəfər ölüb, bəziləri ağır olmaqla 7 nəfər yaralanıb. Yaralılar bölgədəki xəstəxanalara aparılıb.

Rəsmilər, sıx duman səbəbiylə görmə qabiliyyətinin ciddi şəkildə azaldığını bildirib.

Rəsmi rəqəmlərə görə, ilin əvvəlindən ölkədə baş verən yol qəzalarında 1400-dən çox insan həlak olub, 40 mindən çox insan xəsarət alıb.