Bolqarıstan yeni F-16 donanmasının bazası üçün ümumilikdə 200 milyon avro xərcləyəcəkbackend

Bolqarıstan yeni F-16 donanmasının bazası üçün ümumilikdə 200 milyon avro xərcləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bolqarıstan Müdafiə Nazirliyi 16 təyyarədən ibarət yeni F-16 donanmasının yerləşəcəyi Qraf İqnatievo Hərbi Hava Qüvvələri Bazasının modernləşdirilməsi üçün xərcləyəcəyi pulun 200 milyon avroya çatacağını bildirib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Nazirlikdən verilən açıqlamaya görə, ölkənin cənub-şərqində, Plovdiv şəhəri yaxınlığında yerləşən bazada aparılan işlərə indiyədək 150 milyon avro xərclənib.

İndiyədək konsaltinq, layihələndirmə və tikinti şirkətləri ilə bağlanmış 90 razılaşmaya görə, əvvəllər planlaşdırılan modernləşdirmə büdcəsinə 50 milyon avro əlavə olunacaq. İlin sonuna kimi daha 14 müqavilə imzalanacaq. İnvestisiyaların bir hissəsi NATO-nun dəstək fondlarından təmin ediləcək.

İşlər 2025-ci ilin əvvəlində başa çatdırılmalıdır.

Bu arada Baş Qərargah rəisi Eftim Eftimov ABŞ-dan alınan 16 yeni F-16 Block 70 tipli döyüş təyyarəsindən ilk 8-nin 2025-ci ildə Bolqarıstana təhvil veriləcəyini bildirib.

General Eftimov Bolqarıstan Milli Radiosuna verdiyi açıqlamada, F-16 donanması üçün 32 pilot və 84 mühəndis-texniki işçidən ibarət texniki qulluq qrupunun təlimlərinin tam sürətlə davam etdiyini bildirib.