“Borussiya” “Herta”ya qalib gələrək çempionluq yarışında “Bavariya”ya çatıbbackend

“Borussiya” “Herta”ya qalib gələrək çempionluq yarışında “Bavariya”ya çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Almaniya çempionatının XXI turu çərçivəsində “Borussiya” (Dortmund) evdə “Herta”nı 4:1 hesabı ilə məğlub edib.

Qalib komandanın heyətində Kərim Adeyemi (27-ci dəqiqə), Doniel Malen (31), Marko Roys (76) və Yulian Brandt (90) fərqləniblər.

“Herta”nın yeganə qoluna Lyuka Tuzar (46) imza atıb.

“Borussiya” məğlubiyyətsizlik seriyasını ardıcıl 6 oyuna çatdırıb və aktivində 43 xalla birinci yerdə olan “Bavariya” və “Union”u haqlayıb.