Böyük Britaniyada iki nəfər quş qripinə yoluxubbackend

Böyük Britaniyada iki nəfər quş qripinə yoluxub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərədə quşçuluq fermasında işləyən iki nəfərdə quş qripi virusu aşkarlanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Belə ki, quşçuluq fermasında çalışan iki nəfərin quş qripi testlərinin müsbət çıxdığı, lakin insandan insana yoluxma əlamətlərinin olmadığı bildirilib.

Xəstəliyə yoluxmuş işçilər profilaktika məqsədilə təqib olunub.

Xatırladaq ki, keçən il İngiltərədə quş qripinin insan yoluxması halı baş verib.

2022-ci ilin yanvarında Böyük Britaniyada quş qripinin ev quşlarından insana keçməsi halının aşkarlandığı bildirilib.

2022-ci ilin oktyabr ayında çöl quşlarında və ticarət obyektlərində quş qripi hallarının artmasından sonra riski azaltmaq üçün ölkə daxilində “Quş qripinin qarşısının alınması zonası” elan edilib.

Ölkədə 2021-ci ildə fövqəladə səviyyəyə çatan quş qripi epidemiyası səbəbindən on minlərlə ev quşu məhv edilib.