Braziliya millisi 68 illik uğurunu təkrarlayıbbackend

Braziliya millisi 68 illik uğurunu təkrarlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliya millisi 68 ildən sonra ilk dəfə dünya çempionatında bir oyunun ilk hissəsində 4 qol vurub.

“Sambaçılar” buna Qətərdə təşkil olunan mundialda Cənubi Koreya yığmasına qarşı keçirdikləri 1/8 final mərhələsinin görüşündə nail olub.

“Pentakampeonlar” sonuncu dəfə 1954-cü ildəki dünya çempionatında Meksika ilə qarşılaşmada (5:0) bunu bacarıb.

Bundan başqa, Titenin baş məşqçi olduğu kolektiv DÇ-1950-dən sonra ilk dəfə matçın 36-cı dəqiqəsinədək 4 dəfə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, hazırda davam edən Brazilliya – Cənubi Koreya matçında “sambaçılar” hesabda öndədir – 4:0.