Braziliya Prezidenti etirazlarla əlaqədar paytaxtın təhlükəsiz ərazisinə təxliyə edilibbackend

Braziliya Prezidenti etirazlarla əlaqədar paytaxtın təhlükəsiz ərazisinə təxliyə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliya Prezidenti Lula da Silva ölkə paytaxtının mərkəzi hissəsindən uzaqdakı təhlükəsiz əraziyə təxliyə edilib.

Bu barədə yanvarın 8-də yerli KİV məlumat yayıb.

Hazırda Braziliyanın paytaxtında sabiq dövlət başçısı Jair Bolsonaronun tərəfdarlarının kütləvi etirazları keçirilir. Hadisənin videosu sosial şəbəkədə yayılıb.

Etirazların dinc keçəcəyi ehtimal edilirdi. Lakin etirazlar hökumət binalarının kütləvi şəkildə ələ keçirilməsinə çevrilib. Polislə toqquşmalar qeydə alınıb, aksiyaçılar paytaxtda parlamentin binasına soxulublar.

Etirazçılar Prezident da Silvanın istefasını tələb edirlər.