Braziliyada avtobusun aşması nəticəsində 7 nəfər ölübbackend

Braziliyada avtobusun aşması nəticəsində 7 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyada sərnişin avtobusunun aşması nəticəsində 7 nəfər ölüb, 22 nəfər yaralanıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Florianopolis şəhərinə gedən avtobus sürücünün sükanı itirməsi səbəbindən BR-277 şosesində aşıb.

Braziliya Federal Yol Polisi qəzada 7 sərnişinin öldüyünü, 22 nəfərin yaralandığını açıqlayıb.

Ölənlər arasında iki Argentina vətəndaşı da var.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.