Braziliyanın xüsusi reysi Moskvanın Vnukovo hava limanına eniş edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Braziliya Hərbi Hava Qüvvələrinin xüsusi reysi Moskvanın Vnukovo hava limanına eniş edib.
Qeyd olunur ki, Braziliya prezidenti Lula da Silva mayın 10-dan 14-dək Çində rəsmi səfərdədir.
Lula da Silva çərşənbə günü Rusiya lideri Vladimir Putinlə Ukrayna ilə danışıqlar üçün İstanbula səfər etmək barədə danışmağa çalışacağını bildirib.
Bundan əvvəl prezident Lula da Silva Vladimir Putindən İstanbulda danışıqlarda iştirakını xahiş etmək üçün Moskvaya səfər etmək imkanına icazə almışdı.
Xuraman Etibarlı
İnterpress.az