Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Ukraynadakı münaqişə və yüksək inflyasiya ilə bağlı yaxın iki ildə krallığın hərbi büdcəsinin 20% artırılmasının tərəfdarıdır.
Bu barədə mənbələrə istinadən “The Times” nəşri məlumat yayıb.
Qeyd olunub ki, Ben Uolles maliyyə naziri Ceremi Hantdan illik müdafiə büdcəsini 8 milyard funt-sterlinqlə (9,6 milyard ABŞ dolları) 11 milyard funt-sterlinq arasında (13,2 milyard ABŞ dolları) artırmağı tələb edir.
Maliyyə Nazirliyi səhiyyə sektoru ilə əlaqədar olaraq Müdafiə Nazirliyinə ayrılan vəsaiti artırmaqdan imtina edir.
Hazırda Britaniyanın hərbi büdcəsi ildə 48,6 milyard funt-sterlinq (58,5 milyard ABŞ dolları) təşkil edir. Daha əvvəl açıqlanan planlara görə, 2025-ci ilə qədər ölkənin müdafiəsinə ayrılacaq vəsiat 700 milyon funt sterlinq (845 milyon ABŞ dolları) təşkil edəcək.