Böyük Britaniyanın müdafiə naziri Ben Uolles ABŞ-da Çin hava şarı ilə bağlı insidentlə bağlı ölkənin hava təhlükəsizliyinə baxış keçirəcəyini bildirib.
Bu barədə “Daily Telegraph” qəzeti məlumat yayıb.
Onun sözlərinə görə, bu məlumatlar Böyük Britaniyanın hava məkanına nəzarət təcrübələrində dəyişiklik etmək ehtiyacının olub-olmadığını müəyyən etmək üçün istifadə olunacaq:
“Böyük Britaniya və onun müttəfiqləri bu hava məkanına müdaxilələrin təhlükəsizliyimiz üçün nə demək olduğunu öyrənəcəklər. Bu hadisə qlobal təhlükələrlə bağlı vəziyyətin pisə doğru dəyişdiyinin bir daha sübutudur”.