Bu aydan Novosibirsk-Bakı istiqamətində birbaşa uçuşlara başlanırbackend

Bu aydan Novosibirsk-Bakı istiqamətində birbaşa uçuşlara başlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “IrAero” aviaşirkəti mayın 20-dən Novosibirsk-Bakı-Novosibirsk marşrutu üzrə beynəlxalq uçuşlar yerinə yetirməyə başlayacaq.

Veteninfo.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Uçuşlar cümə günləri “Superjet-100” təyyarələri ilə həyata keçiriləcək. Təyyarə Novosibirskdən saat 13:00-da yola düşəcək, Bakıya 4 saat 20 dəqiqədən sonra 14:20-də çatacaq. Heydər Əliyev Hava Limanından üçüş isə həmin gün saat 15:20-də, Tolmaçevo Hava Limanına eniş saat 22:20-də olacaq. Səyahət vaxtı ümumilikdə 4 saat çəkəcək.

Bir tərəfə biletin qiyməti 27 685 rubldan (408 ABŞ dollardan) başlayır.

Qeyd edək ki, hazırda “İrAero” Azərbaycan, Ermənistan, İsrail və Özbəkistana beynəlxalq uçuşlar həyata keçirməyə davam edir.

Biletlər artıq satışdadır.