Bu çağırış PKK-ya aiddir, onun Suriyada bizimlə heç bir əlaqəsi yoxdur.
İnterpress.az xəbər verir ki, bunu PKK terror təşkilatının Suriyadakı davamı olan Suriya Demokratik Qüvvələrinin komandanı Mazlum Abdi deyib.
O, PKK-nın ömürlük həbsdə olan lideri Abdulla Öcalanın tərksilah çağırışının Suriya təşkilatı ilə heç bir əlaqəsi olmadığını bildirib.
“Düzünü desəm, bu, yalnız PKK-ya aiddir, onun Suriyada bizimlə heç bir əlaqəsi yoxdur”, – Abdi qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az