Bu gün təyin edilən icra başçılarından biri məşhur şəxsin nəvəsidir – DOSYEbackend

Bu gün təyin edilən icra başçılarından biri məşhur şəxsin nəvəsidir – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi bu gün Kürdəmir Rayon İcra Hakimiyyətinə yeni icra başçısı təyin edilib.

İnterpress.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, bu vəzifəyə Elxan Oqtay oğlu İbrahimov təyin olunub.

Elxan İbrahimov daha əvvəl Azərbaycanda bir neçə holdinqdə iqtisadiyyat və maliyyə işləri üzrə rəhbər vəzifələrdə çalışıb.

Azərbaycan Kooperasiya Universitetində təhsil alan Elxan İbrahimov sonradan təhsilini İsveçin Stokholm İqtisadiyyat Məktəbində davam etdirib, rus və ingilis dillərində sərbəst danışır.

Ailəlidir, 3 övladı var.

Qeyd edək ki, Elxan İbrahimov əslən şamaxılı, sovetlər dövründə tanınmış katiblərdən olan, o cümlədən Şamaxıda ikinci katib, Bərdə, Ağdaş, Daşkəsən və Goranboy rayonlarında isə birinci katib vəzifəsində işləmiş Xəlfə İbrahimovun nəvəsidir.

Elxan İbrahimov yeni təyinatadək Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışırdı.