Bu gün Tramp-Bayden debatı BAŞ TUTACAQ – Teledebat CANLI YAYIMLANACAQbackend

Bu gün Tramp-Bayden debatı BAŞ TUTACAQ – Teledebat CANLI YAYIMLANACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp-Bayden teledebatı 27 iyun yerli vaxtla saat 21:00-da ( Bakı vaxtı ilə 28 iyun 05:00) canlı yayımlanacaq.

interpress.az xəbər verir ki, bu barədə SNN məlumat yayıb. Bildirilir ki, hazırkı və keçmiş prezidentlərin görüşəcəyi Tramp-Bayden teledebatı 27 iyun yerli vaxtla saat 21:00-da baş tutacaq.

Tramp-Bayden teledebatı canlı yayımlanacaq.

Debat reklam üçün iki fasilə olmaqla 90 dəqiqə çəkəcək;

Debatı CNN jurnalistləri aparacaq, tamaşaçı olmayacaq, amma Tramp öz gələcək vitse-prezidentini studiyaya gətirmək niyyətindədir;

Baydenin qərargahı podiumda tərəf seçmək qərarına gəlib (sağda), rəqibinin qərargahı isə yekun hissədə çıxışların sırasına qərar verib (debatı bitirəcək);

Hər iki iştirakçıya öz qərargahları ilə əlaqə saxlamaq və çıxışlardan qeydlərdən istifadə etmək qadağan ediləcək;

Müzakirələr ərəfəsində eks-prezident hazırkı liderə davamlı olaraq hücum çəkərək, hazırlaşmaq əvəzinə, “sadəcə yatdığını”, efirdən əvvəl ona güc “iynəsi” vurulacağını deyirdi;

Müstəqil namizəd kiçik Robert Kennedi də debatda iştirak etmək istəyib, Tramp bu məsələdə bitərəf qalıb, Bayden buna qarşı çıxıb;

İkinci debat sentyabr ayına planlaşdırılır, Tramp üçüncünu də israr edib və Bayden kampaniyası bunu rədd edib.

“Rasmussen Reports”un sorğusuna görə, amerikalıların 47%-i Trampın, 37%-i Baydenin qalib gələcəyinə inanır.

Eyni zamanda ABŞ sakinlərinin 63%-i başqa namizədə üstünlük verəcək.

Xuraman Etibarlı

İnterpress.az