Çin məktəbi “fiziki” nizam-intizamın təmin edilməsini tələb edib.
İnterpress.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Bildirilir ki, Çində özəl məktəb fiziki cəza tətbiq edib.
Burada şagirdləri şallaqlayacaqlar, ovuclarına vurulacaq və küncə qoyacaqlar.
“Fevralın ortalarında şəhərin ən yaxşı məktəblərindən biri hesab edilən eksperimental məktəb valideynləri sinifdə nizam-intizamın qorunması üçün yeni qaydalarla tanış etdi. İndi müəllimlər məktəbliləri bir qayda pozuntusuna görə ovuclarına 10 dəfədən artıq olmayaraq vurmağa və onları iki saata qədər küncdə saxlamağa icazə verilir.
Şallaq da vuracaqlar, lakin həftədə bir dəfədən çox olmayaraq.
Cəza ev tapşırığını yerinə yetirməyən və ya sualları cavablandırarkən səhvə yol verənlərə tətbiq olunacaq.
Görünüşə də məhdudiyyətlər qoyulur: oğlanlara uzun saç, qızlara isə dodaq boyasından istifadə etmək, manikür etmək, zinət əşyaları taxmaq qadağandır”, – məlumatda deyilir.
Xuraman Etibarlı
İnterpress.az