“Bu qətnamə hüquqa və ədalətə qarşı rəzalət aktıdır” – Millət vəkilibackend

“Bu qətnamə hüquqa və ədalətə qarşı rəzalət aktıdır” – Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

yaşamaq yolunu seçməlidir, ya da köçüb getməlidirlər. Beynəlxalq qurumlar, o cümlədən Avropa Parlamenti bu tələbi nəinki müdafiə edir, hətta ukraynalılardan da çox bunun yeganə yol olduğunu deyirlər.

Görəsən, eyni fikri Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyətinin üzvləri erməni separatçılarına qarşı səsləndirdikdə, bu, Avropa Parlamentini niyə qane etmir? Ərazi bütövlüyünün və ölkələrinin suverenliyinin keşiyində dayanan ukraynalılarla azərbaycanlılar arasında, görəsən, fərq nədədir? Bunun adı selektiv yanaşma deyilsə, bəs nədir?

dəqiqəlik söhbətdir…” Avropa Parlamentində azərbaycanlıları barbar adlandıran birisi ilə söhbətə heç beş dəqiqə də lazım deyil. Çünki beləsi ağızını açan kimi, səviyyəsinin orta statistik seçicidən də aşağı olduğunu görmək mümkündür. Demokratiyaya və demokratik dəyərlərə olan ictimai inama məhz belələri hamıdan çox ziyan vurur. Bir daha təəssüf ki, müasir reallığımız həm də bundan və bu cür səviyyə sahiblərindən ibarətdir, bəzilərinin statusu Avropa parlamentarisi olsa da. Barbarlığı və onun miqyasını həqiqətən görmək istəyənlər, qoy gəlib Qarabağı və Şərqi Zəngəzuru seyr etsinlər, ermənilərin viran qoyduğu şəhər və kəndlərimizi, dağıtdığı məscid və qəbirlərimizi, vəhşi qəbilə təfəkkürünün nəyə qadir olduğunu öz gözləri ilə görsünlər. Onda bilərlər ki, “məzlum” və “əzilən millət” kimi dünyaya sırımaq istədikləri toplumun nümayəndələri insanlıq əleyhinə hansı cinayətləri törətməyə qadirdir. Bunları görüb həqiqəti etiraf etmək üçün özlərində siyasi cəsarət tapsalar və tapşırıq aldıqları dairələrin təqibindən qorxmasalar, onda biləcəklər ki, tarixdə növbəti dəfə etnik təmizləməyə məruz qalan, milyona yaxın qaçqın və məcburi köçkünü olan Azərbaycan xalqı təkcə son 35 il ərzində həm də bəzi beynəlxalq qurumların biganəliyi və məsuliyyətsizliyi ucbatından hansı məşəqqətləri və hansı acıları yaşamalı olub…

Ülvi Quliyev,

Milli Məclisin deputatı