Bu rayonda restoranda yanğın: sahibi yanaraq öldü – FOTOLARbackend

Bu rayonda restoranda yanğın: sahibi yanaraq öldü – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankaranın Kızılcahamamında 2 mərtəbəli restoranda yanğın baş verib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Yanğın nəticəsində restoran sahibi ölüb.

Karşıyaka rayonunda restoranda baş verən yanğında alov qısa müddətdə bütün binanı bürüyüb.

Əraziyə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım briqadası göndərilib. Ətrafda təhlükəsizlik tədbirləri görülüb.Uzun səylər nəticəsində yanğın nəzarət altına alınıb.

Faktla bağlı araşdırmalara başlanılıb.