“Büdcə üzərində vətəndaş cəmiyyəti-media nəzarəti olmalıdır” – Rəybackend

“Büdcə üzərində vətəndaş cəmiyyəti-media nəzarəti olmalıdır” – Rəy

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İcra hakimiyyəti və məmurlar özlərini büdcənin sahibi kimi yox, sadəcə ona həvalə olunan pulun xərcləyiciləri-icraçıları kimi aparmalıdırlar”.

İnterpress.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirməsinə münasibət bildirən iqtisadçı Rövşən Ağayev deyib.

İqtisadçının sözlərinə görə, büdcə korrupsiyasının qarşısı alınmadıqca həbs halları artacaq:

“Mədəniyyət Nazirliyində son iki ildə ikinci dəfə korrupsiya əməliyatı keçirilir və artıq ikinci müavin həbs edilir. Ümumilikdə büdcə korrupsiyasının qarşısını almağın üç yolu var. Birincisi, nəticə və proqraməsaslı büdcə sisteminə keçid olmalıdır. Bu mexanizm nəticəsi əvvəlcədən göstərilməyən, strateji məqsədi və hədəfi müəyyən olunmayan, əsasında proqram dayanmayan hər hansı istiqamətə büdcə ayırmasını mümkünsüz edir. İkincisi, büdcə üzərində effektiv parlament və vətəndaş cəmiyyəti-media nəzarəti olmalıdır. İcra hakimiyyəti və məmurlar özlərini büdcənin sahibi kimi yox, sadəcə ona həvalə olunan pulun xərcləyiciləri-icraçıları kimi aparmalıdırlar. Parlamentə hər qəpiyin izahatı və hesabatı verilməlidir. Bütün investisiya layihələri xərclənməzdən öncə cəmiyyətə və parlamentə açıq olmalıdır. Hökumətin iqtisadi strukturunu və funksional təyinatını parlamentə və cəmiyyətə açıqlamadığı hər hansı xərc maddəsi olmamalıdır.

Üçüncüsü, satınalmalarda şəffaflıq ən yüksək səviyyədə olmalıdır. Büdcə pulu hesabına tender udmaq istəyən istənilən özəl şirkətin öz təsisçilərini (benefsiar sahiblərini) cəmiyyətə açıqlamaq öhdəliyi olmalıdır. Bunlar olmadıqca, dövri olaraq korrupsiya əməliyyatının qurbanları olacaq, amma korrupsiya özü birdəfəlik qurbana çevrilməyəcək”.