Burkina-Fasoda mikroavtobus minaya düşüb, azı 10 nəfər ölübbackend

Burkina-Fasoda mikroavtobus minaya düşüb, azı 10 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbi Afrikada yerləşən Burkina-Fasoda mikroavtobusun minaya düşməsi nəticəsində azı 10 nəfər ölüb, 5 nəfər yaralanıb.

Bu barədə “Report” BBC-yə istinadən xəbər verir.

Bildirilib ki, ölkənin şərqində, Nigerlə sərhəddə baş verən partlayışda sərnişinlərin bəziləri itkin düşdüyündən ölənlərin sayı arta bilər.

Xatırladaq ki, Burkina-Faso və qonşu dövlətlər 2013-cü ildən bəri terrorçu qruplarla mübarizə aparır. Bu böhran minlərlə insanın ölümünə və 2 milyondan çox insanın evlərini tərk etməsinə səbəb olub.