Cənubi Afrika Respublikasında elektrik stansiyalarında ard-arda yaranan nasazlıqlar səbəbindən 5 gün ərzində gündə 10 saata qədər elektrik kəsiləcəyi bildirilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Milli elektrik şirkəti Eskom tərəfindən edilən açıqlamada bildirilib ki, bu gündən dekabrın 2-si axşama kimi gündə 6-10 saat planlaşdırılmış fasilələr olacaq.
Qitənin elektrik enerjisinə ən çox çıxışı olan ölkələrdən biri olan Cənubi Afrikada istehsal infrastrukturunun köhnəlməsi, təxribat və kabel oğurluğu səbəbindən uzun müddətdir ki, ciddi elektrik böhranı yaşanır.
Son həftələrdə elektrik stansiyalarında yaranan nasazlıqlar səbəbindən indiki böhran daha da dərinləşir.
Nüvə enerjisi istehsalçısı Cənubi Afrika öz elektrik enerjisinin 80 faizindən çoxunu kömürlə işləyən elektrik stansiyalarından qarşılayır. Cənubi Afrika dünyanın aparıcı kömür istehsalçılarından biridir.