Cənubi Koreyada körpü uçub.
İnterpress.az xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb. Bildirilir ki, Cənubi Koreyanın Cheonan şəhərində sürətli avtomobil yolunun tikintisi zamanı körpü çöküb.
Mövcud məlumata görə, qəza təxminən saat 9:49-da tikinti işçiləri krandan dəmir tirdən hazırlanmış konstruksiyanı dayaqlar arasında hərəkət etdirərkən baş verib.
Həmin vaxt körpünün altında səkkiz işçi olub, onlardan beşi yaralanıb, üçü isə həyatla bir araya sığmayan xəsarətlər alıb.
Agentliyin qeyd etdiyi kimi, Cənubi Koreya hakimiyyəti xilasetmə əməliyyatının aparılması və mümkün itkin düşmüş şəxslərin axtarışı üçün bütün mövcud fövqəladə xidmətlər və şəxsi heyəti səfərbər edib.
Xuraman Etibarlı
İnterpress.az