Ceyhun Bayramov Çavuşoğlunu Azərbaycana dəvət etdibackend

Ceyhun Bayramov Çavuşoğlunu Azərbaycana dəvət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlüd Çavuşoğlu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, C. Bayramov həmkarının COVID-19 testinin pozitiv çıxması xəbərini təəssüflə qarşıladığını bildirib və onun tez bir zamanda tam sağalmasını diləyib.

C. Bayramov, həmçinin qısa müddətdə nazir Mövlud Çavuşoğlunu Azərbaycanda səfərdə görməkdən məmnun olacağını ifadə edib.