Çin atmosfer və kosmos mühitinin müşahidələri üçün istifadə edilən “Yünhay-2” peyklərinin üçüncü qrupunu kosmosa göndərib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Sinxua agentliyinin xəbərinə görə, “Yünhay-2 03” peykləri Şansidəki Tayyüen Peyk Mərkəzindən orbitə buraxılıb.
Orbitə buraxıldıqdan sonra planlaşdırılmış orbital mövqelərinə yerləşdiyi bildirilən peyklərin atmosfer və dəniz mühitinin müşahidələri və kosmik mühitin tədqiqi üçün istifadə ediləcəyi bildirilib.
Buraxılış “Uzun Yürüş” raketləri ilə həyata keçirilən 514-cü uğurlu nəqliyyat missiyası idi.
Şanxay Kosmik Uçuş Texnologiyaları Akademiyasının (SAST) hazırladığı peyklərin elmi araşdırmalar və fəlakətlərin qarşısının alınması məqsədi ilə olduğu bildirilsə də, bəzi qərbli ekspertlər peyklərin hərbi məqsədlər üçün meteoroloji proqnozlarda istifadə olunmaq üçün hazırlandığını iddia edirlər.
“Yünhay-2” peyklərinin birinci qrupu 2018-ci ildə, ikinci qrupu isə martın 21-də kosmosa buraxılıb.