Çin ilk dəfə olaraq kosmosa mülki kosmonavt göndərəcəkbackend

Çin ilk dəfə olaraq kosmosa mülki kosmonavt göndərəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Yer orbitində qurduğu Tienqonq (səma sarayı) Kosmik Stansiyasına yeni ekspedisiyasında ilk dəfə olaraq kosmosa mülki kosmonavt göndərəcək.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Çin İnsanlı Kosmos Proqramı Agentliyi (CMSA) sabah Shincou-16 servisi ilə kosmos stansiyasına göndəriləcək yeni taikonavt (çinli kosmonavt) heyətini təqdim etdi.

Bildirilib ki, kosmos stansiyasına beşinci insanlı ekspedisiyada taikonavtlar Cing Hayping, Cu Yanqcu və Gui Hayçao iştirak edəcək.

Pekin Aeronavtika və Astronavtika Universiteti kimi tanınan Beyhang Universitetinin aerokosmik mühəndisliyi professoru Gui Çinin kosmosa göndərilən ilk mülki vətəndaşı olacaq.

Bu günə qədər Çinin kosmik proqramında yalnız Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələrindən seçilmiş taikonavtlar xidmət edib.

Kosmik gəmilərin dinamikası və faydalı yük üzrə mütəxəssis olan Qui orbitdə elmi təcrübələr üçün istifadə olunacaq material və avadanlıqların işindən məsul olacaq.

Ekspedisiyanın komandanlığını öz üzərinə götürəcək Cing, daha əvvəl “Şinkou-7”, “Şinkou-9” və “Şinkou-11”in vəzifələrində iştirak etmiş təcrübəli ad kimi tanınır.

General-mayor rütbəli əsgər olan 56 yaşlı Cinq dördüncü dəfə kosmosa çıxan ilk Çinli taikonavt olacaq.

Komandanın digər əsgəri Cu ilk dəfə qatılacağı kosmos missiyasında uçuş mühəndisi və operator vəzifəsini üzərinə götürəcək.

Taykonavtları kosmik stansiyaya daşıyacaq “Shincou-16” servisi sabah “Long March 2F” raketi ilə Qobi səhrasındakı Ciuçuen Peyk Mərkəzindən buraxılacaq.