Çin Ukraynadakı müharibədə iştirak etmək üçün öz hərbi personalını göndərməyib.
İnterpress.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tszyan bildirib.
“Çin hökuməti hər zaman öz vətəndaşlarından Ukraynadakı silahlı münaqişə zonasından uzaq durmağı, hər hansı formada qarışmamağı, xüsusən də hər iki tərəfin hərbi əməliyyatlarında iştirakdan çəkinməyi tələb edib”, – o, brifinqdə deyib.
Xatırladaq ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələri iki Çin vətəndaşını əsir götürüb.
Prezident Zelenski bildirib ki, Çin qoşunları artıq Ukrayna ərazisində döyüşür və bu, ABŞ və Pekindən cavab tələb edir.
Daha sonra Ukrayna Xarici İşlər Nazirliyi Çinin müvəqqəti işlər vəkilini izahat üçün çağırıb.
Xuraman Etibarlı
İnterpress.az